Fev 13, 2025 13:27 Asia/Baku
  • Yeni siyahı tərtib edildi; dindarlar öndə gedir

Hüquq müdafiəçiləri Azərbaycan Respublikasındakı siyasi məhbuslar siyahısını yeniləyiblər, dindarlar çoxluq təşkil edir.

Bu məlumata əsasən, “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq 357 nəfərdən ibarət yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. 12 dekabr 2024-cü il tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər artıb.

Onlar arasında jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı və İmişlidə iğtişaşlar zamanı həbs edilmiş 13 nəfər və digərləri var.

Məlumatda qeyd olunur ki, siyahıya daxil edilən şəxslər 12 qrupa təsnif edilib: “dindarlar” – 235 nəfər, “jurnalistlər və blogerlər” – 27 nəfər, “hüquq müdafiəçiləri” – 4 nəfər, “müxalif partiya və vətəndaş cəmiyyəti üzvləri” – 32 nəfər, “milli azlıqların fəalları” – 4 nəfər, “müharibə əleyhinə fəallar” – 2 nəfər, “Söyüdlü kəndinin işi üzrə” – 2 nəfər, “Almaniyadan deport olunmuş siyasi mühacirlər” – 5 nəfər, “İmişli işi üzrə həbs olunanlar” – 13 nəfər, “Tərtər işi üzrə həbs olunanlar” – 8 nəfər, “Gəncə işi üzrə həbs olunanlar” – 13 nəfər, “ömürlük həbs olunanlar” – 12 nəfər.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbuslar Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.