Hökumət hindarların həbsdə saxlanmasında israrlıdır
Ali Məhkəmə Hacı Əli Əliyevin hökmünü qüvvədə saxlayıb
Azərbaycan Ali Məhkəməsində 15 il azadlıqdan məhrum edilən ruhani Hacı Əli Əliyevin kassasiya şikayətinə baxılıb.Bu məlumata əsasən, ali orqan şikayəti təmin etməyib. Əliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm, eləcə də bu hökmü qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişməyib.Xatırladaq ki, Hacı Əli Behişti (Əliyev) 2023-cü il aprelin 6-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yaşadığı Binə qəsəbəsində evində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. 2024-cü ilin yanvar ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Əli Əliyevə hökm oxunub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib.Hüquq müdafiəçiləri Hacı Əli Əliyevin siyasi motivlər əsasında həbs olunduğunu vurğulayırlar.Qeyd edək ki, “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq 357 nəfərdən ibarət yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. Siyahıya daxil edilən şəxslər 12 qrupa təsnif edilib və orada dindarlar 235 nəfər məhbusla öndə gedirlər.