Azərbaycanlı politoloq sionist rejimi ittiham etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i423000-azərbaycanlı_politoloq_sionist_rejimi_ittiham_etdi
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu İsrail hökumətinin qondarma erməni soyqırımını tanımaq təşəbbüsünü siyasi və geosiyasi məqsədlərə xidmət edən addım kimi qiymətləndirib.
(last modified 2026-07-02T14:36:01+00:00 )
İyul 02, 2026 18:33 Asia/Baku
  • Azərbaycanlı politoloq sionist rejimi ittiham etdi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu İsrail hökumətinin qondarma erməni soyqırımını tanımaq təşəbbüsünü siyasi və geosiyasi məqsədlərə xidmət edən addım kimi qiymətləndirib.

Ərəstun Oruclu: İsrailin "soyqırım kartı" siyasi məqsədlərə xidmət edirƏrəstun Oruclu Facebook üzərundən yaydığı məqaləsində bildirib: "Sözügedən qərar hüquqi deyil, tamamilə siyasi xarakter daşıyır və beynəlxalq hüququn prinsiplərinə söykənmir".
O qeyd edib ki, "soyqırımı" anlayışı 1915-ci il hadisələrindən onilliklər sonra beynəlxalq hüquqa daxil edilib və belə məsələlər yalnız geniş araşdırmalar nəticəsində qiymətləndirilə bilər.
Politoloq hesab edir ki, müxtəlif dövlətlərin bu məsələ ilə bağlı qərarları əsasən öz siyasi maraqlarından qaynaqlanır.
Onun sözlərinə görə, İsrail də bu addımla regional və beynəlxalq gündəmdə mövqelərini gücləndirməyə çalışır.
Onun fikrincə, qərarın əsas məqsədlərindən biri Ermənistan cəmiyyətində rəğbət qazanmaq və regionda təsir imkanlarını artırmaqdır.
Politoloq bunun həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə təsir göstərmək niyyəti daşıdığını vurğulayıb.