Azərbaycanda 200-dən çox şəxs həbs edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i423510-azərbaycanda_200_dən_çox_şəxs_həbs_edilib
Azərbaycan Respublikası məktəblərində hicab qadağasına qarşı etirazlar genişlənib və indiyədək 200-dən çox şəxs həbs edilib.
(last modified 2026-10-13T13:08:00+00:00 )
Okt 13, 2026 15:54 Asia/Baku
  • Azərbaycanda 200-dən çox şəxs həbs edilib

Azərbaycan Respublikası məktəblərində hicab qadağasına qarşı etirazlar genişlənib və indiyədək 200-dən çox şəxs həbs edilib.

Azərbaycanda hicablı qızların məktəblərə buraxılmaması ilə bağlı şagirdlərin etirazları Bakıdakı bir sıra məktəblərə, eləcə də Masallı və Cəlilabad kimi rayonlardakı bir çox məktəblərə də yayılıb.Sosial şəbəkələrdə yayılan görüntülərdə şagirdlərin toplaşaraq, hicab taxan sinif yoldaşlarına dəstək məqsədilə dərsləri boykot etdikləri əks olunur. Eyni zamanda, məlumatlara görə, 200-dən çox etirazçı saxlanılıb.