İyun 24, 2015 16:52 Asia/Baku
  • Erməni müxaliflər hökumət əleyhinə aksiyaların davamına təkid ediblər
    Erməni müxaliflər hökumət əleyhinə aksiyaların davamına təkid ediblər

Ermənistanda hökumət əleyhinə etiraz aksiyalarının təşkilatçıları ölkə səviyyəsində etiraz aksiyalarının davam etdirilməsini istəyiblər.

İRİB-nin məlumatına görə, Ermənistanda anti-hökumət aksiyalarının təşkilatçıları çərşənbə günü bu ölkə xalqından müxtəlif şəhərlərdə etiraz aksiyalarında iştirak etməsini istəyərək, bu etiraz aksiyalarının xalqın tələblərinin gerçəkləşdiriləcəyi zamana kimi davam edəcəyini vurğulayıblar.
Ermənistan hökumətinin son qərarına əsasən, müxalif fəallar öz etirazlarını Ermənistanın ikinci ən böyük şəhəri olan Gümri şəhərində keçirməyi planlaşdırırlar.
Xatırladaq ki, Ermənistanda xalq elektrik enerjisinin bahalaşmasına etiraz olaraq cümə günü İrəvanda etiraz aksiyası keçirib. Bu məlumata görə, bazar ertəsi və çərşənbə axşamı günləri minlərlə nəfər Ermənistanın paytaxtı İrəvanda aksiya keçirib. Ermənistan polisi yüzlərlə aksiya iştirakçısını həbs edib.

Teqlər