Ukraynada yüz minlərlə insan didərgin düşüb
İyun 27, 2015 08:27 Asia/Baku
-
Ukraynada yüz minlərlə insan didərgin düşüb
Ukraynanın şərqində gedən döyüşlər nəticəsində yüz minlərlə ukraynalı didərgin düşüb.
Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS-a istinadlı məlumatına görə, BMT cümə günü bildirib ki, Donbas bölgəsində 2014-cü ilin aprel ayından başlanan qarşıdurmalar nəticəsində 900 mindən çox ukraynalı qonşu ölkələrə sığınıblar.Bu məlumata görə, 746 min ukraynalı Rusiyaya, 81 min 200 nəfər Belarusa, 4 min 600 nəfər Almaniyaya və 2 min 900 nəfər də İtaliyaya gedib.
BMT-nin bildirdiyinə görə, Ukrayna daxilində də 1 milyon 350 min nəfər didərgin düşüb. Onların 171 min nəfəri uşaq, 57 min 500 nəfəri isə fiziki qüsurları olan şəxslərdir.
BMT həmçinin bildirib ki, Ukrayna vətəndaşlarına kömək məqsədi ilə 40 milyon 500 min dollar vəsaitə ehtiyac var. Hazırda onun 20 milyon 600 min dolları təmin olunub.
Ukraynanın şərqində Luqansk və Donetsk bölgələrində gərginliklər kəskinləşdiyi dövrdən indiyə qədər 6 min 400 nəfər həlak olub.