Omskda kazarma binasının uçması nəticəsində ölənlərin sayı 20-yə çatıb
https://azeri.sahartv.ir/news/dünya-i195825-omskda_kazarma_binasının_uçması_nəticəsində_ölənlərin_sayı_20_yə_çatıb
Rusiyanın Omsk şəhərində hava-desant qüvvələrinin kazarmasında baş vermiş uçqun zamanı ölənlərin sayı 20-yə çatıb, dağıntıların altından 39 hərbçi çıxarılıb. Qeyd olunur ki, 19 nəfər xəstəxanaya yerləşdirilib. Bundan başqa, mütəxəssislər daha üç hərbçinin axtarışlarını davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2015 08:13 Asia/Baku
  • Omskda kazarma binasının uçması nəticəsində ölənlərin sayı 20-yə çatıb
    Omskda kazarma binasının uçması nəticəsində ölənlərin sayı 20-yə çatıb

Rusiyanın Omsk şəhərində hava-desant qüvvələrinin kazarmasında baş vermiş uçqun zamanı ölənlərin sayı 20-yə çatıb, dağıntıların altından 39 hərbçi çıxarılıb. Qeyd olunur ki, 19 nəfər xəstəxanaya yerləşdirilib. Bundan başqa, mütəxəssislər daha üç hərbçinin axtarışlarını davam etdirirlər.

Səhər telekanalı xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Omsk vilayətində kazarmanın uçması faktı ilə bağlı cinayət işi qaldırılıb.
Rusiya müdafiə naziri Sergey Şoyqu uçmuş kazarmanın yaxınlığında olan təmir olunmuş binaları yoxlamağı tapşırıb.