Rusiya Ukraynanın borclarını ödəməsini istəyib
İyul 16, 2015 04:17 Asia/Baku
-
Rusiya Ukraynanın borclarını ödəməsini istəyib
Rusiya prezidenti Ukraynanın Rusiyaya borclarını ödəməsini istəyib.
Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS-a istinadla verdiyi məlumata görə, Rusiya Federasiyası prezidenti Vladimir Putin çərşənbə günü Nazirlər Kabinetinin iclasında deyib: Ukrayna Beynəlxalq Valyuta Fondundan alacaq maliyyə yardımından 3 milyard dolları Moskvaya olan borcuna ödəməlidir.Rusiyanın maliyyə naziri Anton Siluanov da bildirib: Beynəlxalq Valyuta Fondu 2015-ci ilin sonuna qədər 5 milyard dollarlıq maliyyə yardımını Ukraynaya verəcəkdir.
Rusiya 2013-cü ilin sonlarında Ukraynada 15 milyard dollar investisiya yatırmaq qərarına gəldi. Lakin 3 milyard dollar ödədikdən sonra onun qalanını ödəməkdən çəkindi.
Teqlər