Türkiyənin cənub-şərq məntəqələrində üç əsgər öldürülüb
Avq 05, 2015 10:53 Asia/Baku
-
Türkiyənin cənub-şərq məntəqələrində üç əsgər öldürülüb
Türkiyənin cənub-şərq məntəqələrində bomba partlayışı nəticəsində bu ölkənin üç əsgəri ölüb və bir nəfər də yaralanıbdır.
Xarici medialardan daxil olan məlumatlara görə, Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın üzvləri İraq sərhədləri yaxınlığında, Türkiyənin Şirnak vlayətindəki Karakoy məntəqəsində Türkiyə ordusunun hərbi karvanınn hərəkəti zamanı uzaqdan idarə olunan bir bombanı partladıblar.Bu partlayışda iki nəfər ölüb, iki nəfər də yaralanıbdır.
Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.
Türkiyə Baş Təhlükəsizlik İdarəsi bu partlayışın PKK ünsürləri tərəfindən törədildiyini bildirib.
İki həftə bundan əvvəldən bəri və Türkiyə qırıcılarının İraqın şimalında kürd yarımhərbçilərinə qarşı əməliyyata başlamalarından sonra PKK-nın Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı hücumları da artıbdır.
Türkiyə Kürdüstanı Fəhlə Partiyası ötən əsrin səksəninci onilliyindən bəri Türkiyə Kürdüstanı məntəqəsində muxtariyyət əldə etmək üçün bu ölkə dövləti ilə mübarizə aparır. Bu döyüşlər indiyədək on minlərlə nəfərin həyatını əlindən alıbdır.