Ukrayna XİN Donbasdakı "münaqişənin dondurulması"nın mümkünsüz olduğunu bildirib
https://azeri.sahartv.ir/news/dünya-i196536-ukrayna_xİn_donbasdakı_münaqişənin_dondurulması_nın_mümkünsüz_olduğunu_bildirib
Qərb Donbasdakı "münaqişənin dondurulması"nı istəmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2015 05:37 Asia/Baku
  • Qərb Donbasdakı
    Qərb Donbasdakı "münaqişənin dondurulması"nı istəmir

Qərb Donbasdakı "münaqişənin dondurulması"nı istəmir.

APA-nın verdiyi xəbərə görə, Ukrayna XİN rəhbəri Pavel Klimkin Qərbin Donbasdakı münaqişənin dondurulmasını istəmədiyini deyib.

Pavel Klimkin yerli “5-ci kanal”ın efirində çıxışı zamanı deyib: “Qərbdə heç kimdə Donbasdakı münaqişənin “dondurulmuş münaqişə” şəklində sabitləşdirmək kimi illüziya yoxdur”.

Klimkin qeyd edib ki, “Donbas üzrə kompromis tək Donbas üçün yox, bütövlükdə, bütün Avropa üçün tamamilə gözlənilməz fəsadlara gətirib çıxaracaq”.

Klimkinin sözlərinə görə, Qərbdə yaxşı anlayırlar ki, Donbasda münaqişə dondurularsa, Rusiya onu istədiyi an yenidən gərginləşdirə biləcək.