Ukraynada gedən toqquşmalarda 6 nəfər həlak olub
Avq 07, 2015 10:04 Asia/Baku
-
Ukraynada gedən toqquşmalarda 6 nəfər həlak olub
Ukrayna rəsmiləri ölkənin şərqində gedən toqquşmalarda 5 hərbçi və bir mülkinin həlak olmasından xəbər veriblər.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Ukrayna ordusunun sözçüsü Aleksandr Motozyanik deyib: Cümə axşamı ölkənin şərqində gedən toqquşmalarda 1 mülki və 5 Ukrayna hərbçisi həlak olub.Ukrayna ordusunun sözçüsü daha sonra deyib: Bu insanların ölümünə görə ölkənin şərqindəki yaraqlı müxalif qruplar məsuliyyət daşıyır.
Onun dediyinə görə, bu toqquşmada daha 6 Ukrayna hərbçisi də yaralanıb.
BMT 2014-cü ilin fevralından başlanan Ukrayna böhranında indiyə kimi 6800 nəfərin öldüyünü və 1.4 milyon insanın da didərgin düşdüyünü bildirir.
Teqlər