Avq 15, 2015 13:13 Asia/Baku
  • İŞİD lideri əsir qadınları zorlayırmış
    İŞİD lideri əsir qadınları zorlayırmış

Britaniyada çıxan “The Independent” qəzeti yazır ki, həm də İŞİD-in lideri Əbu Bakr Əl-Bəğdadi ABŞ-dan olan girov Kayla Mueller də daxil, əsir qadınlara Suriyadakı evlərdən birində dəfələrlə cinsi təcavüz edib.

Qəzetin yazdığına görə, bu gün 27 yaşı tamam olmalı amerikalı humanitar yardım işçisinin cihadçıların lideri tərəfindən dəfələrlə zorlanması barədə ötən ilin avqustunda İraqın Sincar regionunda əsir alınmış yezidi qız danışıb.

O deyib ki, 2014-cü ilin oktybarında Suriyanın Əl-Şədadiyə şəhərindən qaçanadək iki ay müddətdtində xanım Mueller-lə bir evdə saxlanıb.

Qəzet yazır ki, İraqın Mosul şəhərində iki ay saxlandıqdan sonra sözü gedən 14 yaşlı yezidi qız və xanım Mueller də daxil, daha 4 qadın Əl-Şədadiyə şəhərinə aparılıblar.

Şahidlik edən qız bildirib ki, xanım Mueller əsirlikdə olarkən ərəb dilini azacıq öyrənibmiş.

Teqlər