Əhməd Davudoğlunun iqamətgahında atışma
Avq 20, 2015 08:44 Asia/Baku
-
Əhməd Davudoğlunun iqamətgahında atışma
Beşiktaş Dolmabahçe Sarayı önündəki mühafizə xidmətinə hücum təşkil olunub.
Səhər telekanalının Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sarayın Səltənət Qapısına gələn və bir terror təşkilatının üzvləri olduqları təyin olunan 2 nəfər posta əl bombası atdıqdan sonra silahla atəş açıb.Postdakı polislərin cavab atəşi açmalarından sonra həmin şəxslər hadisə yerindən piyada şəkildə qaçıblar. Hadisədə 1 polis yüngül yaralanıb.
Bölgədəki polis dəstələrinin təqibi nəticəsində qeyd olunan iki şəxs Almaniyanın İstanbuldakı Baş Konsulluğu yaxınlığında yaxalanıb.
Onların üzərindən 1 uzun lüləli avtomat, 1 tapança, 2 əl qumbarası və bu silahlara aid 2 sandıqça ələ keçirilib.
Hücumçuların 8 avqustda AK Partiyanın İstanbul ofisi binasına hücum həyata keçirən şəxslər olduğu müəyyənləşdirilib.
Qeyd edək ki, Bosfor körfəzinin sahilində, İstanbulun əsas turistik ərazisində yerləşən Dolmabahçe Sarayı həm də Türkiyə baş naziri Əhməd Davudoğlunun iqamətgahıdır. Həmin vaxt baş nazirin paytaxt Ankarada olduğu bildirilir.