Sen 01, 2015 11:26 Asia/Baku
  • Dik Çeni Obamanı tənqid edib
    Dik Çeni Obamanı tənqid edib

İraq müharibəsində iştiraka görə, adətən ittiham hədəfinə çevrilmiş ABŞ-ın keçmiş vitse-prezidenti bu ölkədə İŞİD terrorçularının fəaliyyətlərinin genişləndiyini ifşa edib.

Press TV-nin məlumatına görə, Dik Çeni CBS telekanalı ilə müsahibədə bu ölkənin prezidenti Barak Obamanın İŞİD terror qrupunun yaranmasında məsuliyyət daşıdığını deyib.
O, amerikalı hərbçilər tərəfindən İraqın işğalının davam etməsi zərurətini əsaslandırma istiqamətində iddia edib ki, İraq keçmiş prezident Corc Buşun prezidentliyi dövründə yaxşı vəziyyətdə idi, amma amerikalı qüvvələrin İraqdan çıxmaları İŞİD terror qrupunun meydana gəlməsinin ən mühüm dəlilidir.
Çeni əlavə edib ki, onun qənaətincə, İŞİD-in fəaliyyətlərinin genişlənməsi İraqın amerikalı qüvvələrin iştirakından təmizlənməsinin birbaşa nəticəsidir.
Amerika 2003-cü ildə İngiltərənin dəstəyi ilə İraqa hücum və müharibə səkkiz ildən çox davam etdi.
Bu müharibənin bəhanəsi, kütləvi qırğın silahlarının tapılması idi.
İraq savaşında 179 ingilis qüvvə və 4500 amerikalı hərbçi öldürüldü. Bu müharibədə öldürülmüş iraqlı mülkilərin sayı bir milyon nəfərdən çox qeyd olunubdur.

Teqlər