Türkiyə xarici işlər naziri: İŞİD əleyhinə hərbi əməliyyat üçün proqram hazırlayırıq
https://azeri.sahartv.ir/news/dünya-i199322-türkiyə_xarici_işlər_naziri_İŞİd_əleyhinə_hərbi_əməliyyat_üçün_proqram_hazırlayırıq
Türkiyə xarici işlər naziri bu ölkənin İŞİD terror qruplaşması əleyhinə hərbi əməliyyata başlamaq üçün çalışdığına toxunaraq deyib: Bu təhlükə əleyhinə və onun məhv edilməsi üçün vahid cəbhə təşkil olunmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2015 10:00 Asia/Baku
  • Türkiyə xarici işlər naziri: İŞİD əleyhinə hərbi əməliyyat üçün proqram hazırlayırıq
    Türkiyə xarici işlər naziri: İŞİD əleyhinə hərbi əməliyyat üçün proqram hazırlayırıq

Türkiyə xarici işlər naziri bu ölkənin İŞİD terror qruplaşması əleyhinə hərbi əməliyyata başlamaq üçün çalışdığına toxunaraq deyib: Bu təhlükə əleyhinə və onun məhv edilməsi üçün vahid cəbhə təşkil olunmalıdır.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Firidun Sinirlioğlu bildirib: Ankara gələn günlər ərzində İŞİD qruplaşmasına qarşı hərbi əməliyyata başlamaq üçün hazırlaşır.
O həmçinin bildirib: İŞİD terror qruplaşması Türkiyənin normal həyatı və təhlükəsizliyini hədəfə alır və bu təhlükə və onun məhvi üçün vahid cəbhə təşkil olunmalıdır.
Türkiyə elə bir halda İŞİD-lə mübarizəni iddia edir ki, Səudiyyə Ərəbistanı, Qətər və qərb qüdrətləri ilə birlikdə İŞİD terror qruplaşmasının təşkil və təchiz olunması və onun Suriya, sonra isə İraqa hücum etməsində rola malik olub.