Noy 08, 2015 13:00 Asia/Baku
  • Avropada mühacirlər məsələsi barədə etirazlar genişlənir
    Avropada mühacirlər məsələsi barədə etirazlar genişlənir

Avropada mühacirlər böhranının şiddətlənməsi ilə bu qitədə həmin məsələyə reaksiyada etirazların genişlənməsinin şahidiyik.

O cümlədən Almaniya xalqından minlərlə nəfər bu ölkənin kansleri Angela Merkelin mühacirlər qarşısındakı "açıq qapılar" siyasətinə etirazda Berlin şəhərinin küçələrində aksiya keçirib. Şənbə günü keçirilmiş və "Almaniya üçün alternativ" adlı xaricilərin iştirakı ilə müxalif partiyanın təşkil etdiyi bu aksiyada təqribən beş min nəfər iştirak edib və mühacirlər böhranının idarəçiliyi tərzinə görə Merkelin tez bir zamanda istefaya getməsi və vaxtından qabaq seçkilərin keçirilməsini istəyibdir. Belə bir halda, yüzlərlə polis qüvvəsi aksiyanın keçirildiyi məkanda yerləşib. Digər tərəfdən, başlıca olaraq, ifratçı solçu fəallar olmuş yüzlərlə nəfər piket keçirməklə Berlində anti-mühacir aksiyasını pozmaq istəyib. Almaniya son həftələrdə mühacirlərə qarşı geniş etiraz dalğasının şahidi olub. Bu ölkə cari ildə təqribən 760 min mühacirə sığınacaq veribdir.
Belə bir halda, mühacirlərin Yunanıstanın paytaxtı Afinada iştirakı ilə müxalif və müvafiq olanlar da aksiya keçiriblər. Bir qrup şəxs Afinanın Viktoriya meydanına toplaşaraq, Yunanıstanın solçu hökumətinin siyasətlərinə qarşı şüarlar veribdir. Onlar mühacirlərin öz ölkələrindən çıxarılmalarını istəyiblər. Bu aksiya elə bir halda keçirilibdir ki, bu meydanda təqribən 500 mühacir iştirak edib. Bu aksiya ilə bir vaxtda bir qrup şəxs də Viktoriya meydanının o biri tayında mühacirlərlə öz həmrəyliyini elan edibdir ki, bu məsələ müxalif və müvafiqlərin toqquşması ilə nəticələnib. Toqquşmalar polisin müdaxiləsi ilə başa çatıb. Hazırda minlərlə mühacir Yunanıstanda olaraq, bu ölkədən digər Avropa ölkələrinə getməyə çalışır.
Həmçinin Belçikanın şimal-şərqindəki bir məntəqənin sakinləri mühacirlərin daxil olmalarına qarşı aksiya keçiriblər. Aksiyanın təşkilatçıları bu qənaətdədirlər ki, mövcud iqtisadi problemlərə görə, Belçikada yerləşəcək mühacirlərin sayı olduqca çoxdur. Mühacirlərin qəbul edilməsi üzrə pay layihəsində Belçika 2448 mühacir qəbul etməlidir ki, əlbəttə, bu ölkə xalqının rasistcəsinə rəftarından əlavə, hökumət də bu mühacirlər üçün ciddi imkanlar yaratmayıbdır.
Həmçinin mühacirlərin qəbul edilməsi üzrə pay layihəsinə qarşı çıxan yüzlərlə etirazçı şənbə günü Macarıstanın Parisdəki səfirliyi önündə aksiya keçirib. Aksiyaçılar Macarıstanın baş naziri Viktor Urbanın mühacirlər barədəki münasibətini dəstəkləyiblər. Onlar Fransanın mühacirlərin qəbul edilməsi üzrə pay layihəsi ilə ciddi və qətiyyətli müxalifətini istəyiblər.
Fransa hökuməti Avropa Komissiyasının 120 min mühacirin qəbulu üzrə layihəsinin icrası istiqamətində 2017-ci ilədək 25 min mühaciri məskunlaşdıracaq. Fransa, Almaniya və İsveçin Avropa Komissiyasının layihəsində iştiraklarına rəğmən, Macarıstan, Çexiya Respublikası və Polşa kimi ölkələr bu layihənin sərt müxaliflərindəndirlər.

Teqlər