Vyanada Suriya iclasının ikinci dövrü keçirilir
Noy 14, 2015 18:54 Asia/Baku
Suriya iclasının ikinci dövrü şənbə günü Vyananın İmperial otelində başlanıb.
IRIB-nin məlumatına görə, İran, Amerika, Rusiya, Fransa, Çin, İngiltərə, Almaniya, İtaliya, Ərəbistan, İraq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Livan, Oman və Avstraliya, Avropa İttifaqının nümayəndəsi, həmçinin BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi- Stefan(Staffan) de Mistura Vyanada keçirilən Suriya iclasında iştirak edirlər.Suriya iclasının bu dövründə ilk dəfə olaraq, Avstraliya da iştirak edir.
Suriya xarici işlər nazirinin müavini Fəysəl Əlmiqdad bu iclas haqda deyib: Bütün tərəflər bilməlidirlər ki, Suriya böhranının həlli üzrə Vyana iclasında terrorizm barədə saziş mövcud olmayacaq.