Noy 16, 2015 10:24 Asia/Baku
  • YUNİSEF Sudanın şərqində uşaqların vəziyyəti ilə bağlı xəbərdarlıq etdi
    YUNİSEF Sudanın şərqində uşaqların vəziyyəti ilə bağlı xəbərdarlıq etdi

BMT-nin uşaqlar üzrə fondu YUNİSEF Sudanın şərqində qida çatızmazlığından əziyyət çəkən uşaqların durumu ilə bağlı xəbərdarlıq edib.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, YUNİSEF-in Sudandakı nümayəndəsi Girt Kaplayer Sudanın paytaxtı Xartum şəhərində təşkil etdiyi mətbuat konfransında deyib: Sudanın şərqində qida çatışmazlığı böhranı Darfurda olduğundan daha acınacaqlıdır.
Bu arada YUNİSEF-in sədr müavini Ömər Əbdi bazar günü Sudana olan səfərini başa vurduqdan sonra YUNİSEF-in Sudandakı fəaliyyəti qarşısında mövcud olan çətinliklərə işarə edərək, xüsusiylə ölkənin şərqində uşaqların vəziyyətinə ilə yaxından maraqlanmaq imkanının olmamasından nigaranlıq edib.
O, deyib: Bir sıra irəliləyişin əldə edilməsinə və 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının 83%-dən 68%-ə qədər azaldılmasına baxmayaraq, bəzi məntəqələrdə uşaqlar hələ də qida çatışmazlığından əziyyət çəkirlər.
Ömər Əbdi əlavə edib: Sudan üçün ayrılan büdcə 130 milyon dollardan çoxdur. Bu isə ehtiyacların sadəcə 60%-in təmin edir.

Teqlər