Noy 18, 2015 13:22 Asia/Baku
  • ABŞ İŞİD-in internet səhifələrini bağlaya bilmir
    ABŞ İŞİD-in internet səhifələrini bağlaya bilmir

ABŞ-ın Federal Rabitə Komissiyasının sədri bildirib ki, ölkəsi İŞİD terrorçularının ideologiyasını təbliğ etməklə məşğul olan internet səhifələrini bağlaya bilməz.

PressTV-nin məlumatına görə, Tom Uiler çərşənbə axşamı bu məsələyə toxunaraq, deyib: Bu iş böyük risk tələb edir və ABŞ İŞİD-in ideologiyasını təbliğ etməklə məşğul olan saytları bağlamaqla belə bir riskə gedə bilməz.
Amerikalı qanunvericilərdən birinin istəyinə cavab olaraq bu məsələyə toxunan Tom Uiler ABŞ-ın Federal Rabitə Komissiyasının belə bir addım atmasına icazə verən hansısa qanunun olmadığını bildirib.
Uiler deyib: Belə bir addımın atılması Federal Rabitə Komissiyasını ciddi qalmaqallara sürükləyə bilər. O, hətta İŞİD-in ideologiyasını təbliğ edən internet saytlarının fəaliyyətinin dayandırılmasına icazə ala biləcəyi və ya bilməyəcəyini də dəqiq bilmədiyini söyləyib.
Uiler əlavə edib: ABŞ dövləti sadəcə Facebook kimi sosial şəbəkələrə, təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı təzyiq göstərə bilər.

Teqlər