Ukrayna-Krım elektrik şəbəkəsində baş verən partlayış bilərəkdən törədilib
Noy 23, 2015 13:14 Asia/Baku
-
Ukrayna-Krım elektrik şəbəkəsində baş verən partlayış bilərəkdən törədilib
Ukrayna dövləti Krım yarımadasına elektrik enerjisi nəql edən şəbəkədəki partlayışların bilərəkdən törədildiyini bildirib.
İRNA-nın məlumatına görə, Ukrayna dövləti bir bəyanat yayaraq, Krım Yarımadasına elektrik enerjisinin verilməsi şəbəkəsində, eyni zamanda 4 nöqtədə partlayışın baş verməsini bir təxribatçılıq hərəkəti adlandırıb və təxribatçıların müəyyən edilməsi üzlə işlərin görüldüyünü bildirib.Bu partlayışlar Krım yarımadasına elektrik enerjisinin verilməsində fasilənin yaranmasına və Krımda fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub. Hadisədən bir gün sonra elektrik enerjisinin verilməsi bəzi məntəqələr üçün özü də gün ərzində bir neçə saatlıq olaraq bərpa edlib. Elektrik enerjisinin olmamasına görə Krım yarımadasında ümumi tətil elan edilib.