Rusiya XİN Türkiyə hava zolağının pozulması iddiasını rədd edib
Noy 26, 2015 17:34 Asia/Baku
-
Rusiya XİN Türkiyə hava zolağının pozulması iddiasını rədd edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurulan rus qırıcı təyyarəsinin Türkiyə səmasından keçməsinə dair Türkiyə hökumətinin iddiasını rədd edib.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Mariya Zaxarova cümə axşamı günü mətbuat konfransında deyib: Rus qırıcısının Türkiyə səmasında olmasına dair bu ölkənin iddiasının əsası yoxdur və Suriya Müdafiə nazirliyi də Türkiyənin iddiasının yanlış olduğunu təsdiqləyib.Zaxarova əlavə edib: Hmeymim hava bazasından əldə olunan radio-elektronik məlumat Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri rus qırıcısına hücum zamanı Suriyanın hava zolağını pozduğunu əks etdirir.
Rusiya XİN mətbuat katibi həmçinin deyib: Türkiyə Hərbi Hava Qüvvələri rus pilotlarla əlaqə qurmaq üçün heç bir səy göstərməyib və onlara xəbərdarlıq etməyiblər.
Zaxarova bildirib ki, Rusiyanın BMT-dəki nümayəndəsinin dediyinə görə, Türkiyənin rus qırıcısına hücumu planlaşdırılmış və məqsədyönlü hərəkət olub və Rusiya qarşılıqlı addımı öz haqqı hesab edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu mətbuat konfransında həmçinin xarici işlər naziri Sergey Lavrovun 27 noyabrda suriyalıh əmkarı Vəlid Müəllimlə görüşünün olacağını bildirib.
Zaxarovanın sözlərinə görə, bu görüşdə Suriya böhranının həlli üzrə siyasi prosesin irəlilədilməsi araşdırılacaq.
Teqlər