"Türkiş Stream" qaz boru kəməri layihəsi Moskva-Ankara gərginliyinin təsiri altında
https://azeri.sahartv.ir/news/dünya-i200103-türkiş_stream_qaz_boru_kəməri_layihəsi_moskva_ankara_gərginliyinin_təsiri_altında
Rusiyanın enerji naziri yaxın günlərdə "Türkiş Stream" qaz boru layihəsi barədə qərar qəbul ediləcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2015 08:58 Asia/Baku
  • "Türkiş Stream" qaz boru kəməri layihəsi Moskva-Ankara gərginliyinin təsiri altında

Rusiyanın enerji naziri yaxın günlərdə "Türkiş Stream" qaz boru layihəsi barədə qərar qəbul ediləcəyini bildirib.

İTAR TASS bildirir ki, Rusiyanın enerji naziri Aleksandr Novak cümə axşamı deyib: Rusiya dövləti "Türkiş Stream" layihəsi ilə bağlı hələ ki, hansısa qərar qəbul etməyib. Amma, bu barədəyaxın günlərdə qərar qəbul edəcək.
Novak deyib: Rusiya baş naziri cümə axşamı Nazirlər Kabinetindən "özəl iqtisadi tədbirlər qanunu" barədə fikir bildirməsini istəyib.
Rusiyanın enerji naziri "Türkiş Stream" layihəsi ilə bağlı qərarın yalnız bu qanun layihəsinin hazırlanmasından sonra çıxarılacağını deyib.
Rusiyanın Qazprom və Türkiyənin Butaş şirkətləri 2014-cü il 1 dekabr tarixində 63 milyard kubmetr mavi yanacaq nəql edə biləcək bir qaz boru kəmərinin çəkilməsi barədə anlaşma sənədi imzalayıblar.