Kaliforniya atəşaçması bir terror hücumu kimi araşdırılacaq
https://azeri.sahartv.ir/news/dünya-i200422-kaliforniya_atəşaçması_bir_terror_hücumu_kimi_araşdırılacaq
Amerika Federal Təhqiqat Bürosu(FBI) Kaliforniya ştatının San Bernardino şəhərindəki atəşaçmanı bir terror hücumu kimi araşdıracaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2015 06:08 Asia/Baku
  • Kaliforniya atəşaçması bir terror hücumu kimi araşdırılacaq
    Kaliforniya atəşaçması bir terror hücumu kimi araşdırılacaq

Amerika Federal Təhqiqat Bürosu(FBI) Kaliforniya ştatının San Bernardino şəhərindəki atəşaçmanı bir terror hücumu kimi araşdıracaq.

BBC-nin məlumatına görə, San Bernardino şəhərindəki atəşaçmanın amillərindən biri sosial şəbəkələrdə etiraf edibdir ki, İŞİD terror qruplaşmasına bağlıdır.
Bununla belə, Amerika hökumətindəki bir mənbə cümə günü bildirib ki, təhqiqat zamanı İŞİD qrupunun Kaliforniya ştatının San Bernardino şəhərindəki atəşaçmanın iki müttəhimini tanımasına dair heç bir fakt əldə olunmayıb.
Çərşənbə günü silahlı şəxslər yarımhərbçi geyimlərində əlillərin bir səhiyyə mərkəzi binasına daxil olaraq, atəş açmağa başladılar.
Bu atəşaçma nəticəsində azı on dörd nəfər öldü, 21 nəfər də yaralandı.