Dek 08, 2015 19:27 Asia/Baku
  • İnsanların qarəti və neft satışı İŞİD-in əsas iki gəlir mənbəyidir
    İnsanların qarəti və neft satışı İŞİD-in əsas iki gəlir mənbəyidir

Amerikada bir araşdırma institutu insanların qarəti və neft satışını İŞİD terror qruplaşmasının iki əsas gəlir mənbəyi adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Sputnik Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Amerikanın İHS Araşdırma İnstitutu İŞİD-in gəlir mənbələrinə toxunaraq bildirib: 2015-ci ilin sonuna qədər İŞİD ayda 80 milyon dollar gəlir edəcək. Bu gəlir qarət, vergi, əmlakın müsadirəsi və neft satışı ilə əldə olunur.

Amerikanın Araşdırma İnstitutu əlavə edib: İŞİD vergiləri iqtisadi fəaliyyətlər, işğal etdiyi ərazilərdə elektrik, mobil telefon operatorları, internet, sənaye və kənd təsərrüfatı kimi zəruri xidmətlərdən əldə edir.

Bu institutu öz hesabatının davamında İŞİD əleyhinə koalisiya qüvvələrinin hava hücumlarını tənqid edərək bildirib: Bu hücumlar İŞİD-in neft satışından əldə etdiyi əsas maliyyə mənbələrinin dağıdılması ilə nəticlənməyib. Əksinə İraq və Surya vətəndaşlarına böyük zərbələr vurub.

Teqlər