Avropalılar öz hökumətlərindən narazıdırlar
Yeni rəy sorğusunun nəticələrinə əsasən, avropalıların bir çoxu öz dövlətlərindən razı deyil.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, bu rəy sorğusu 2015-ci il noyabr ayında YouGov müəssisəsi tərəfindən İngiltərə, Almaniya, Fransa, Danimarka, İsveç, Finlandiya və Norveç kimi Avropa ölkələrində aparılıb.
Rəy sorğusunun nəticələrinə əsaəsn, İsveç vətəndaşları avro zonanın digər ölkələrindən daha çox öz hökumətindən razı deyil. Ardıcıl olaraq sonrakı yerləri Fransa və Almaniya tutur.
Bu rəy sorğusunun nəticələrinə əsasən İngiltərə və Norveç vətəndaşlarının öz dövlətlərindən narazı olmalarına baxmayaraq, digər Avropa ölkələri ilə müqayisədə daha yaxşı vəziyyətləri vardır.
Nəticələr həmçinin Avropa siyasətçilərinə etimadın azaldığını əks etdirir. Səbəbini regionun hazırkı iqtisadi problemləri və miqrant böhranında müşahidə etmək mümkündür.
Görünür 2012-ci ildə olduğu kimi Avropa rəsmlərinə etimadsızlıq artmaqdadır. Və yalnız Norveçdə bu ölkə rəsmilərinə münasibətin müsbət fonda dəyişdiyi müşahidə olunur.
YouGov müəssisəsinin eyni zamanda apardığı digər rəy sorğusuna əsasən, İngiltərə vətəndaşları 2014-cü iln noyabr ayından bəri ilk dəfə olaraq ölkələrinin Avropa Birliyində qalmasını istəmirlər. Almaniyalılar da hamıdan çox Avropa Birliyində iştirakın davam etməsinin tərəfdarıdırlar.