Dek 18, 2015 14:20 Asia/Baku
  • 
İŞİD-in maliyyə qaynaqlarının müəyyən edilməsi üzrə qətnamə qəbul edildi
    İŞİD-in maliyyə qaynaqlarının müəyyən edilməsi üzrə qətnamə qəbul edildi

BMT Təhlükəsizlik Şurası maliyyə qaynaqlarını kəsmək yolu ilə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün bir qətnamə qəbul edib.

İRİB-nin məlumatına görə, ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına üzv 15 ölkənin maliyyə nazirləri İŞİD ilə mübarizə məqsədi ilə Nyu-Yorkda bir araya gəliblər.

Bu qətnamədə ölkələrdən istənilir ki, hər hansı bir müəyyən terror hadisəsi ilə heç bir əlaqənin olmadığı şəraitdə belə, terrorçulara maliyyə yardımlarının edilməsi milli qanunlarda ən ağır cinayətə çevrilsin və bu istiqamətdə ölkələr arasında informasiya mübadiləsi gücləndirilsin.

ABŞ-ın maliyyə naziri bu iclasın sədrii qismində deyib: Bu qətnamə terrorizm ilə mübarizədə öncəki tədbirləri gücləndirmiş olacaq.

O həmçinin deyib: Bu, mühüm bir addım və eyni zamanda terrorizm ilə mübarizə üzrə real bir imtahan sayılır.

Teqlər