Dek 27, 2015 09:52 Asia/Baku
  • BMT yanvarın 25-də Suriya iclasının keçirlməsinə ümidvardır
    BMT yanvarın 25-də Suriya iclasının keçirlməsinə ümidvardır

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi ümidvarlıq edib ki, Suriyanın dövlət nümayəndələri və müxalifləri arasında növbəti iclas yanvarın 25-də Cenevrədə keçiriləcək.

IRIB-nin Qərb mənbələrinə istinadlı məlumatına görə, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan de Mistura şənbə günü Cenevrədə bir bəyanat yayaraq, deyib: Göstərilmiş səylərlə belə gözlənilir ki, Suriyanın dövlət nümayəndələri və müxalifləri arasında növbəti iclas BMT-nin nəzarətilə yanvarın 25-də Cenevrədə keçiriləcək.

De Mistura sonra deyib: Biz danışıqların keçirilməsi üzrə səyləri son dərəcə artırmışıq və ümidvarıq ki, Dəməşq müxaliflərinin geniş bir hissəsi bu danışıqlarda iştirak edəcək.

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi daha sonra deyib ki, Suriya xalqı yetərincə zərər çəkib və faciə hazırda bütün regionda və onun ətrafında hiss olunur.

Suriya beş il bundan öncədən bəzi region və Qərb ölkələrinin himayələrinə malik olan terror qruplarının iştirakı səhnəsidir ki, həmin müddətdə bu ölkə böhranının şiddətlənməsi nəticəsində Suriya xalqından yüz minlərlə nəfər öldürülüb, yaralanıb və ya didərgin düşübdür.

Teqlər