Tramp: Klinton və Obama İŞİD-i yaradıblar
-
Tramp: Klinton və Obama İŞİD-i yaradıblar
2016-cı il Amerika prezident seçkilərinə respublikaçıların öndə gedən namizədi vurğulayıb ki, Barak Obama və Hillari Klinton İŞİD təkfirçilərini yaradıblar.
Fars xəbər agentliyinin məlumatına görə, 2016-cı il Amerika prezident seçkilərinə respublikaçıların öndə gedən namizədi Donald Tramp bildirib ki, Amerikanın prezidenti Barak Obama və bu ölkənin sabiq dövlət katibi və qarşıdakı Amerika prezident seçkilərinə demokratların öndə gedən namizədi Hillari Klintonun siyasətləri İŞİD-i yaradıbdır.
CNN telekanalı xəbər verib ki, Tramp Missisipi sahil teatrının amfiteatr salonunda öz iddiası üçün heç bir fakt təqdim etməyibdir.
Qarşıdakı Amerika prezident seçkilərinə respublikaçıların bu namizədi deyib: Onlar İŞİD-i yaradıblar. Hillari Klinton Barak Obama ilə yanaşı İŞİD-i yaratdı.
Tramp Yaxın Şərq çaxnaşmalarında həm demokratları, həm də ABŞ-ın sabiq prezidenti Corc Buşu müqəssir bilib, xüsusən ona görə ki, Buş ABŞ-ın 43-cü prezidenti kimi 2003-cü ildə İraqa hücum etmək qərarına gəldi.