Fev 24, 2016 12:04 Asia/Baku
  • ABŞ Senatı Ərəbistana silah satışına etirazların şahidi olub
    ABŞ Senatı Ərəbistana silah satışına etirazların şahidi olub

ABŞ dövlət katibinin bu ölkə Senatında açıqlama verdiyi zaman, etirazçılar əllərində üzərində şüarlar yazılmış plakatlar daşıyaraq, bu məsələyə etiraz ediblər.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmə iclasında dövlət katibi Con Kerrinin çıxışı zamanı, iclas iştirakçılarından bir qrupu onun çıxışına etiraz olaraq, əllərində plakatlar ilə ABŞ-ın Ərəbistana və İsrail rejiminə silah verməsinə etiraz edib.

Etirazçılar "İsrailə pul verməyin" və "Ərəbistana silah satmayın" şüarları veriblər.

Teqlər