Röyters: İranın Avropaya neft ixracı artır
Röyters İnformasiya Agentliyi İranın Milli Neft Şirkətinə yaxın iki rəsminin proqnozlarına istinadla bildirib ki, İran İslam Respublikasının Avropaya xam neft ixracı ötən ayla müqayisədə mart ayında artacaqdır.
İranın neft sənayesində iki məlumatlı rəsmi cümə axşamı günü Röytersə bildiriblər ki, İranın Avropaya xam neft ixracının həcmi cari ayda və Fransanın Total və İspaniyanın Sepsa şirkətləri ilə bəzi anlaşmalar yekunlaşdıqdan sonra gündəlik təxminən 250-300 min barelə çatacaq.
İranın neft sənayesinin məlumatlı rəsmilərindən birinin dediyinə görə, Fransanın Total və İspaniyanın Sepsa şirkətləri mart ayının əvvəlindən qüvvəyə minən yeni müqavilələrdə müvafiq olaraq gündəlik təxminən 200 min və 35 min barel nefti İran İslam Respublikasından satın alacaqlar.
O əlavə edib: Total Şirkətinin İrandan xam neft alışının həcminin cari ayda ən azı 5 milyon barrelə çatacağı gözlənilir.
Adları qeyd olunmayan iki məlumatlı rəsminin açıqlamasına əsasən, Rusiyanın Lukoil Şirkətinin ticarət qolu olan Litasko şirkəti Sepsa və Totalla birlikdə sanksiyadan sonrakı dövrdə İranın xam neftinin ilk müştəriləridirlər.
Yunanıstanın ən böyük Neftayırma şirkəti olan Helink Petrolium Şirkəti də bildirib ki, İrandan ilk xam neft yükünü mart ayının sonunda təhvil alacaqdır.
Tehran yanvar ayında beynəlxalq sanksiyaların ləğvi ilə bir daha neft bazarı, xüsusilə də Avropanın neft bazarında öz yerini bərpa etməyi izləyir. İranın Milli Neft Şirkətinin yüksək səviyyəli rəsmisi ötən çərşənbə axşamı günü bildirmişdi ki, fevral ayında xam neft ixracı 500 min barel artaraq gündəlik 1,5 milyon barerelə çatmışdır.
Beynləxalq sanksiyalar səbəb olmuşdu ki, İranın xam neft ixracının həcmi 2011-ci ildən öncə 2,5 milyon barrel neft son illərdə təxminən 1 milyon barrelə azalsın.
Röyters yazıb: Tehran qısa müddət ərzində öz istehsal həmçinin gündəlik 500 min barelə və bir il ərzində daha 500 min barel artıracağını bildirib. Sonda sanksiyalardan öncəki ixracat həcmi, yəni 2010-2011-ci illərdəki ixracat həcminə gündəlik təxminən 4 milyon barelə artıra bilər.
Xam neftin beynəlxalq qiyməti hal-hazırda ötən 11 il ərzində maksimum ucuzlaşmış və ən ən aşağı qiymət yəni bir barrel təxminən 37 dollara çatmışdır.