Suriya olaylarında Avropanın izi
-
Suriya olaylarında Avropanın izi
Fransanın Avropa Parlamentindəki nümayəndəsi Belçikada yaşanan hadisələri Suriyada böhran yaratma siyasətinin nəticəsi adlandırıb.
Fransada çıxan Le Fiqaro qəzetinin yazdığına görə, Jan Luk Melanşon dünən bazar günü deyib: Suriyada müharibənin davam etdiyi zamana kimi Avropa da sakitliyə malik olmayacaq.
Fransanın Avropa Parlamentindəki nümayəndəsi əlavə edib: Suriya böhranı və Avropanın bu ölkədə başlatdığı müharibə Avropa Qitəsinə də uzanıb və Suriyada bombardmanların davam etməsi Avropada gərginliyin davam etməsinə səbəb olur.
Jan Luk Melanşon həmçinin deyib: Avropa fövqəladə və proqnoz edilməsi mümkün olmayan bir vəziyyət ilə üz-üzədir. Avropa ölkələrinin terrorizm fenomeni ilə mübarizə imkanları isə məhduddur.
Suriya böhranı 2011-ci ildə Qərb və Ərəb dövlətlərinin müdaxiləsi habelə, terrorçuların himayə edilməsi ilə başlanmış oldu. Hazırda isə Suriyadakı terrorçu qruplaşmalar, xüsusi ilə də İŞİD Avropa üçün təhlükə mənbəyinə çevrilib.
Fransa 2015-ci ildə 2 dəfə terror hücumuna məruz qalıb. Bu terror hücumlarında 147 nəfər həlak olub.
Belçikanın paytaxtı Brüssel də bir neçə gün öncə İŞİD terror qruplaşmasının hücumuna məruz qaldı. Ölü sayı 31-ə çatdı.