Apr 27, 2016 18:35 Asia/Baku
  • Avropa Çernobldan sonra hələ də nigarandır
    Avropa Çernobldan sonra hələ də nigarandır

Avropa hələ də Çernobl partlayışının radioaktiv şüalarının yayılmasından nigarandır. Ötən gün Ukraynada tarixin ən dəhşətli nüvə partlayışının 30-cu ili idi. Bu partlayışdan sonra 200 tondan çox uran bu obyektin qalıqların altında betonla dəfn olundu. Lakin indi də Şimali və Şərqi Avropa bu uranın radioaktiv şüalarının yayılmasından nigarandır. Avropada 180 nüvə reaktoru bu qitədə əsas elektrik istehsalını üzərinə götürür.

30 il öncə paytaxt Kiyevin 110 km-liyində yerləşən tanınmamış Çernobl dillərə düşdü. 1986-cı il aprel ayının ortalarında Çernoblın 4 əsas nüvə reaktorundan biri texniki nöqsanlar nəticəsində partladı. Partlayış anında 30-dan çox şəxs həlak oldu. Və 4 mindən çox insan da bu hadisənin təsiri nəticəsində dünyasını dəyişdi.

Bu il də Çernobl hadisənin 30 illiyinin xatirəsinə həsr olunmuş tədbir BMT-də və hadisənin baş verdiyi məkanda Ukrayna prezidentinin iştirakı ilə keçirildi.

Ukrayna prezidenti Pyotr Poroşenko deyib: Çernobl faciəsi bəşəriyyət tarixinin ən böyük faciələrindən biridir. Həkimlər bu hadisə qurbanlarının dəqiq statistikasını verə bilməzlər. Amma faciənin birbaşa və dolayısı zərərləri yüz minlərlə nəfərə çatır.

Çernobl partlayışından sonra bölgə 30 kilometrlik çevrədə boşaldıldı. 116 min nəfər öz ev-eşiklərini tərk etməyə məcbur oldu. Amma çox az sayda insan, Çernoblın ətrafındakı kəndin müəllimi olan Markoviç kimi insanlar qaldılar.

Markoviç özü bu barədə deyib: Mən buranı tərk etmək istəmirəm. Bura bizim evimiz, yaşadığımız yerdir. 30 il öncə hərbi maşınlar gəldilər və sakinləri təxliyyə etdilər. Amma biz burada qalmaq istəyirik.

Çernoblın mənfi nəticələri 5 il öncəyə qədər dünyanın qırx ölkəsinin 2 milyard 100 milyon avro toplayaraq hadisənin baş verdiyi obyektin üzərinə 5 min tonluq polad örtük hazırlamalarına səbəb oldu. Amma Avropada bir çoxları Çernobl hadisəsinin təkrarlanmasından narahatdır. Çünki rəsmi statistikalara əsasən illərdir, 72 Atom Elektrik Stansiyası 180 aktiv reaktorla yaşıl qitədə fəaliyyət göstərir. Yəni hər üç milyon avropalı üçün bir reaktor çalışır. Bu reaktorlardan birində kiçik bir boşluq yaşıl qitənin sakinləri üçün qara kabusa çevrilə bilər.

Teqlər