Sen 08, 2016 17:04 Asia/Baku
  • Zeyd Raid əl-Hüseyn
    Zeyd Raid əl-Hüseyn

BMT qərbdə qorxu və aldadıcı xüsusiyyətli siyasətin inkişaf etməsi barədə xəbərdarlıq edib.

Press TV-nin məlumatına görə, BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raid əl-Hüseyn ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Trampı sərt şəkildə tənqid edib.

O bildirib ki, Trampın təhqiredici, irqçilik və firqəçilik açıqlamaları vardır və bu, dini firqəçilik və irqçiliyin yayılmasına səbəb olur.

O aldadıcı siyasətin yaranması və inkişaf etməsi barəsində xəbərdarlıq edib: Bu, sərtliklə nəticələnə bilər.

Zeyd Raid əl-Hüseyn ilk öncə Hollandiyanın radikal sağçı siyasətçisi Qirt Vilderzin və digər siyasətçilərin radikal mövqelərinə toxunaraq onların illuziyaları haqda danışıb.

Sonra Amerika prezidentliyinə Respublikaçı namizəd Donald Tramp, İngiltərənin sağçı siyasətçisi Naycl Faraj və Fransa Milli Cəbhəsi partiyasının sədri Marin Lopenə toxunub. O bu siyasətçiləri insanlar arasında qorxu yaratmaq üçün İŞİD terrorçularının hərəkətlərinə bənzər taktikalardan istifadə etməkdə suçlayıb.

Amerikalı müsəlman fəal Əbdüləlim Musa deyib: Əgər Donald Tramp ABŞ prezidenti olarsa, müsəlmanlar və islama o qədər də təsir edəcəyini düşünmürəm. Çünki Amerika elə indi də yetərincə müsəlmanlara qarşı rəhmsiz və zalımdır.

Teqlər