Okt 21, 2016 16:28 Asia/Baku
  • Donald Tramp və Hillari Klinton
    Donald Tramp və Hillari Klinton

Sabiq respublikaçı nümayəndə Amerikada prezident seçkiləri namizədlərinin təbliğat və təşviqat kampaniyalarının şəxsi məsələlər üzərində qurulmasına işarə edərək, deyib: ABŞ seçkiləri heç vaxt öz yolundan bu qədər yayınmamışdı.

Deyvid Ramazan Əl-Hədəs informasiya kanalı ilə müsahibədə Donald Tramp və Hillari Klinton arasındakı 3-cü və sonuncu debata işarə edərək, deyib: ABŞ seçkilərində iqtisadiyyat və terrorizm 2 əsas həlledici amildir. İqtisadiyyat yeni iş  yerlərinin yaradılmasına, terrorizm isə təhlükəsizlik məsələlərinə bağlıdır. Amma, təəssüflər olsun ki, bu gün biz tele-debatlarda habelə, seçkilərlə bağlı digər proqramlarda daha çox seçicilər üçün önəm kəsb etməyən şəxsi məsələlərin gündəmə gətirilməsinin şahidi oluruq. Bu kimi qalmaqallar sadəcə tamaşaçılar üçün əyləncə xarakteri daşıya bilər. Hazırkı seçkilərdə şahidi olduğumuz durum ABŞ tarixində misilsizdir və heç vaxt seçkilərin öz yolundan bu qədər yayındığının şahidi olmamışdıq. Şübhəsiz bu barədə hələ uzun müddət ABŞ universitetlərində danışılacaq, mübahisələr aparılacaq. Trampın bu sözləri əslində onun özünü məğlubiyyətə hazırlaması kimi dəyərləndirilə bilər. Çünki, rəy sorğularına görə, O, bu seçkilərin qalibi ola bilməyəcək. 

Teqlər