Noy 06, 2016 12:16 Asia/Baku
  • Amerika seçkilərində saxtakarlıq nigaranlığı
    Amerika seçkilərində saxtakarlıq nigaranlığı

Rəy sorğularında Amerika prezident seçkilərinin iki əsas namizədinin bir-birinə yaxınlaşması ilə, bu ölkədə builki prezident seçkilərində saxtakarlıqdan nigaranlıq artıb.

FaxNews ötən gün bir reportajda Amerika prezident seçkilərində saxtakarlığın baş verməsi ehtimalı barədə xəbərdarlıq edib. Bu telekanal bir sıra hallara da toxunub. Misal üçün bildirib: Los-Anceles şəhərində bir yaşlı qadın üçün poçt vasitəsi ilə 83 bülleten göndərilib. Halbuki o kiçik bir evdə tək yaşayır. Həmçinin bildirilib ki, Kaliforniya ştatında bir qadın seçici olaraq vəfat etmiş şəxslərin adlarını qeydiyyata almağa cəhd göstərdiyinə görə həbs olunub. 

Başqa bir şəxs də erkən prezident seçkilərində səsvermə qutusunu açdığına görə həbs olunub. 

Həmçini bildirilib ki, Virciniya ştatında bir qrup şəxs iki dəfə seçici olaraq adını qeydiyyatdan keçirib. 

Əlbəttə bu saxtakarlıqlar və yaxud seçicilərin qeydiyyata alınması və vətəndaşların səsverməsi ilə bağlı qanun pozuntuları təkcə 2016-cı il seçkiləri ilə məhdudlaşmır. 

Amerikada mötəbər mərkəzlərin rəsmi məlumatları və araşdırmaları göstərir ki, bu ölkədə əksər seçkilərdə belə hadisə baş verib. Amerika seçkilərində saxtakarlığın əsas metodu seçici olaraq vəfat etmiş şəxslərin qeydiyyata salınması və yaxud bir vətəndaşın bir neçə dəfə səs verməsidir. Bəzi kənd yerlərində də savadsızlıq və yaxud vətəndaşların məlumatsızlığına görə, qeydiyyat məmurları əsassız bəhanələrlə adətən rəngli dərililərin adlarını qeydiyyata almaqdan çəkinirlər. 

Amerika seçkilərində namizədlərin reytinqi çox az olduğu hallarda, belə saxtakarlıqlar və ya qanun pozuntularının həlledici olmaması üçün ictimaiyyətin diqqətinə çatdırılmır. Lakin seçkilərin taleyi 2000-ci ildəki kimi səslərin tək-tək sayılması ilə düyünlənərsə, o zaman daha çox həssaslıq olacaqdır. 2000-ci il seçkilərində Corc Buş saxtakarlıqla və Floridada təxminən 500 səs çoxluğu ilə elektral səslərin çoxunu əldə etdi və prezident oldu. Halbuki bütün Amerikada rəqibi ilə müqayisədə 500 min səs az toplamışdı. 

Teqlər