Vaşinqton ABŞ vertolyotunun İran tərəfindən vurulduğunu iddia edib
-
Vaşinqton ABŞ vertolyotunun İran tərəfindən vurulduğunu iddia edib
Amerikanın Müdafiə Nazirliyi iddia edib ki, İran İslam İnqilabının Keşikçiləri Korpusu ABŞ ordusunun bir ədəd hərbi vertolyotunu hədəfə alıb.
PressTv-nin verdiyi məlumata görə, ABŞ MN-in rəsmiləri bildiriblər ki, bu hadisə ABŞ ordusunun dəniz qoşunlarının bir ədəd vertolyotunun beynəlxalq sular üzərində İran qayıqlarının 800 metrliyindən keçərkən baş verib.
İran rəsmiləri Amerikanın bu iddiasına hələlik reaksiya verməyiblər.
Öncə də amerikanlar Fars körfəzi və Hormoz boğazında İran İslam İnqilabı Keşikçiləri Korpusunun sürətli qayıqlarının ABŞ-ın hərbi gəmilərinə yaxınlaşmalarını bildirmişdi.
İranın müdafiə naziri General leytenant Hüseyn Dehqan amerikalıların bu iddiasına münasibət bildirərkən demişdi ki, Dənizdə və Fars körfəzində İranın təhlükəsizliyinin təmini dəniz qoşunlarının üzərinə düşür və İran qayıqları xarici gəmilərin gediş-gəlişlərinə nəzarət üçün təbii olaraq müşahidələr aparır.
İran İslam Respublikası dəfələrlə bildirib ki, özününü dəniz gücündən müdafiə məqsədi üçün və İranın digər xalqlara sülh və təhlükəsizlik mesajını çatdırmaq üçün istifadə edir.