Ohayo ştatında Kolumbus Universitetinə hücum pislənilib
-
Ohayo ştatında Kolumbus Universitetinə hücum pislənilib
ABŞ-ın Ohayo ştatında islami qurumlar Kolumbus Universitetinə hücumu pisləyiblər.
Cavan Jurnalistlər klubunun verdiyi məlumata görə, ABŞ-İslam əlaqələr şurasının hüquqi məsələlər üzrə başçısı Cenifer Nimer Kolumbus Universitetinə qarşı hücumdan təəssüfləndiyini bildirib və deyib: Hər hansı zorakı hərəkət pislənilməlidir.
Həmin şuranın rəyasət heyətinin sədri Rula Əluş da deyib: Ohayoda universitetə hücumun islama heç bir aidiyyatı yoxdur və kim olduğu və hansı peşə ilə məşğul olduğundan asılı olmayaraq hər hansı zorakı hərəkət pislənilməlidir.
ABŞ vətəndaşı Sumaliya təvəllüdlü universitet tələbəsi Əbdür-Rəzzaq Əli Artan bir ədəd avtomobil vasitəsi ilə Ohayo ştatının Kolumbus Universitetində tələbələrin toplaşdığı məkana hücum edib, hadisə nəticəsində 11 nəfər yaralanıb, yaralılardan birinin durumunun ağır olduğu deyilir.
Ohayo polisi hücumçu şəxsin bioqrafiyası və onun bu hərəkətdə niyyətlərini araşdırır.
Hər il minlərlə adam ABŞ-da avtomat silahdan açılan atəş nəticəsində həlak olur yaxud yaralanır.