Dek 08, 2016 14:17 Asia/Baku
  • Yaponiyada ABŞ-ın F-18-i süqut edib

Yaponiyada Amerikanın bir qırıcısı süqut edib.

Mehr xəbər agentliyinin məlumatına görə, Amerikanın Müdafiə Nazirliyi bu xəbəri təsdiq edərək, bildirib ki, bu ölkə ordusunun bir ədəd Fantom-18 tipli qırıcısı Yaponiyanın cənub-qərbindəki Kuçi məntəqəsində süqut edib. 

Yaponiyanın cənub-qərbindəki "İvakuni" hava bazasında yerləşmiş bu qırıcı dünən Kuçi məntəqəsində keçirilən bir hərbi təlim-məşq zamanı qəzaya uğrayıb.

İndiyədək hadisənin səbəbi barədə bir məlumat yayılmayıbdır.

Qeyd edək ki, "İvakuni" hava bazasının dəniz donanması bu bazada dənizçilik kursları və F-18 qırıcıları vasitəsilə hava patrulları keçən beş min amerikalı hərbçiyə ev sahibliyi edir.

Ötən ay da iki Amerika qırıcısı bu ölkənin Kaliforniya ştatında keçirilən hərbi təlim-məşq zamanı qəzaya uğramışdı.

Teqlər