MKİ-də işgəncə sənədləri arxivə verilib
-
MKİ-də işgəncə sənədləri arxivə verilib
ABŞ prezidenti Mərkəzi Kəşfiyyat İdarəsinin bu idarə tərəfindən işgəncədən istifadəyə dair senatın hesabatının arxivə verilməsi barədə sərəncam imzalayıb.
PressTv-nin verdiyi məlumata görə, Ağ Evin vəkili Nil Egleston senatın kəşfiyyat komitəsinin sədr müavini Dayan Fainstinə ünvanladığı məktubda bildirib ki, ABŞ prezidenti Barak Obama senatın MKİ tərəfindən işgəncədən istifadə edilməsi barədəki hesabatı 12 il müddətinə arxivə verilməsinə dair sərəncam imzalayıb.
ABŞ senatı 2014-cü ildə MKİ əməkdaşlıarının süni boğma, döymə, oyaq saxlama və digər kobud metodlar kimi işgəncələrdən istifadə etdiyi barədə hesabat yaymışdı.
6700 səhifədən ibarət olan bu hesabatın hazırlanmasında əməyi olan Fainstin və onun senatdakı digər əməkdaşları Obama Administrasiyasından seçilmiş prezident Donald Trampın and içmə mərasimindən öncə bu hesabatı yaymasını istəmişdilər.
Tramp özünün seçki kampaniyasında qələbə çalacağı təqdirdə nəinki süni boğma kimi işgəncə metodlarını bərpa edəcəyini hətta daha kobud metodlardan istifadəyə yol açacağını bildirmişdi.