Yan 10, 2017 19:04 Asia/Baku
  • Obama Netanyahunun ittihamlarını rədd edib
    Obama Netanyahunun ittihamlarını rədd edib

ABŞ prezidenti sionist rejimin baş naziri tərəfindən ona qarşı ittihamların siyasi məqsəd güddüyünü bildirərək onları rədd edib.

PressTv-nin verdiyi məlumata görə, Barak Obama sionist televiziyasına verdiyi müsahibədə deyib ki, ona Netanyahu və bəzi respublikaçılar  tərəfindən vurulan xəyanət ittihamı siyasi xarakter daşıyır və məqsədi fikirləri qəsəbə inşası məsələsindən yayındırmaqdır. 

İsrail rejimi ilə Obama hökuməti arasında ixtilaflar Barak Obamanın BMT-nin Təhlükəsizlik Şurasında anti-israil qətnaməni veto etməkdən çəkinməsinin ardınca şiddətlənib. 

Obama müsahibəsində bir daha öz hökumətinin İsrail tərəfindən işğal olunmuş ərazilərdə qəsəbə inşasının Yaxın Şərq münaqişəsinin həllini əngəllədiyi barədəki mövqeyinə təkid edib.  

Teqlər