Obama ABŞ-ın artıq yeganə super güc olmayacağını anladı
Obama öz prezidentliyi dövründə ABŞ-ın artıq dünyanın yeganə super gücü olmayacağını və Asiyanın nüfuz dövrünün başlandığını dərk etdi və tarix bunu göstərəcək.
BBC Ərəb telekanalı bu barədə bir reportajda bildirir: Nobel Sülh Mükafatının nə üçün Obamaya verilməsi ilə bağlı suallar davamlı olaraq gündəmə gətirilir. Xüsusi ilə ona görə ki, O, ABŞ prezidenti olmazdan öncə bu sahədə hər hansı bir uğur əldə etməyib. Obama ABŞ prezidenti olduqdan sonra, İran inkişaf etməkdə olan bir qüdrət olaraq, strateji təhdidlərdən biri idi. Obamanın üzləşdiyi əsas problemlərdən biri də İranın nüvə sahəsindəki fəaliyyətlərini önləyə biləcək beynəlxalq bir anlaşmanın əldə edilməsi idi. İsrailin baş naziri Benyamin Netanyahunun bir çox müxalifətinə baxmayaraq, bu anlaşma imzalandı. Suriya böhranı isə Obama hökumətinin zəif nöqtəsi sayılır. Obama Əsəd qarşısında məğlub oldu. Obama öz çıxışında bildirmişdi ki, onun üçün qırmızı xətt Suriyada kimyəvi silahdan istifadədir.
Ağ Evin Yaxın Şərq üzrə sabiq kordinatoru Filip Qordon deyir: Qırmızı xəttin müəyyən edilməsindən sonra əməli tədbirlərin həyata keçirilməməsi böyük bir səhv idi. Obama prezidentlikdən elə bir şəraitdə gedir ki, Parisda iqlim dəyişiklikləri üzrə anlaşmanın əldə edilməsində rola malik olub.
Obama öz prezidentlik dövründə başa düşdü ki, Amerika artıq dünyanın yegnə super qüdrəti olmayacaq və Asiyanın nüfuz dövrü artıq başlanıb. Və bunu zaman göstərəcək.