Britaniyada Netanyahuya qarşı piket keçirilib
-
Britaniyada Netanyahuya qarşı piket keçirilib
Fələstin xalqının müdafiəçilərindən olan onlarla nəfər İsrail rejiminin baş naziri Benyamin Netanyahunun İngiltərəyə səfər etməsinə və bu ölkənin baş naziri ilə görüşməsinə etiraz olaraq Londonda, baş nazirlik binasının yerləşdiyi "Dauninq Street"in yaxınlığında aksiya təşkil edib.
İRNA-nın məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahunun Londona səfər etməsinə qarşı çıxanlar baş nazirlik binası yaxınlığında aksiya keçirərək, İngiltərə dövlətinin bu qanunsuz rejimi himayə etməsi əleyhinə şüarlar verib, Fələstin xalqına dəstək nümayiş etdiriblər.
Aksiya iştirakçıları əllərində Fələstin bayrağı dalğalandıraraq, İngiltərə hökuməti tərəfindən İsrailin himayə edilməsinə son qoyulmasını istəyiblər.
Həmçinin, bir qrup İngiltərə vətəndaşı imza toplayaraq, İsrailin baş naziri Benyamin Netanyahunun Londona daxil olduğu zaman Qəzzə müharibəsi zamanı yol verdiyi müharibə cinayətlərinə görə həbs edilməsini tələb etmişdi.