CNN-in keçmiş aparıcısı Ağ Evə qarşı media boykotuna çağırdı
Sen 20, 2026 17:04 Asia/Baku
CNN-in keçmiş müxbiri və aparıcısı Cim Akosta media qurumlarını Donald Tramp hökumətinə qarşı yanaşmalarını dəyişməyə və Ağ Evlə bağlı xəbərləri işıqlandırmaqdan imtina etməyə çağırıb.
Akosta təklif edib ki, ABŞ prezidentini səfərlərində müşayiət edən jurnalistlər onun səfərlərini, o cümlədən BMT Baş Assambleyasına səfərini işıqlandırmaqdan imtina etsinlər, eləcə də Ağ Ev müxbirlərinin ənənəvi şam yeməyi ziyafəti dayandırılsın.Akosta bildirib ki, bəzi şirkətlər və media qurumları Trampın Ağ Evə qayıtmasından sonra hökumətə qarşı tənqidlərinin şiddətini azaldıblar. O vurğulayıb ki, media qurumları , ifadə azadlığını və jurnalistika peşəsinin mövqeyini qorumaq üçün fərqli yanaşma ortaya qoymalıdır.