ABŞ-ın təhlükəsizlik təşkilatları Sepah ilə mübarizə barədə Trampa xəbərdarlıq ediblər
-
ABŞ-ın təhlükəsizlik təşkilatları Sepah ilə mübarizə barədə Trampa xəbərdarlıq ediblər
ABŞ-ın təhlükəsizlik təşkilatları bu ölkə prezidentinin İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah ilə mübarizə barədəki qərarına reaksiyada bu hərəkətin nəticələri haqda Trampa xəbərdarlıq ediblər.
Press TV-nin məlumatına görə, Amerikanın CNN informasiya kanalı məlumatlı dövlət rəsmilərinə istinadlı reportajında bildirib: Amerika prezidenti Donald Tramp özünün İrana qarşı içiboş təhdidlərinin davamında İran İslam İnqilabı Keşikçiləri Korpusunun adını terror qrupları adlandırılan siyahıda yerləşdirmək niyyətindədir. Amma bu məsələ Amerikanın daxilində bir çox müxalifətlə üzləşibdir.
Bu rəsmilərin sözlərinə görə, Ağ Evin bundan öncəki planı bu idi ki, Tramp bazar ertəsi günü Florida ştatına səfərində Sepah-a qarşı bir fərman imzalasın. Ancaq Amerika Dövlət Departamenti və Müdafiə Nazirliyinin kəskin etirazlarından sonra bu məsələ ləğv edildi.
Trampın bu əsassız mövqeyin elan edilməsi barədəki fərmanının imzalanması Birləşmiş Ştatların daxilindəki təhlükəsizlik təşkilatlarının xəbərdarlıqlarına görə, dayandırılıbdır.
Bəzi rəsmilər deyirlər ki, bu fərmanın dayandırılması Trampın məşvərətsiz imzalanaraq, sonda nəticəsiz qalan mühacirlərlə bağlı öncəki fərmanının uğursuz qalması çərçivəsində olubdur.