ABŞ-ın casusluq platformaları: iPhone və Android
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı iPhone və Androidi Amerikanın casusluq platformaları adlandırıb.
İRNA-nın məlumatına görə, Edvard Snovden tərəfindən Vikiliks saytında dərc olunan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin minlərlə məxfi sənədi bir daha Amerikanın kəşfiyyat orqanlarının mobil telefonları xüsusi ilə də iPhone və Android sistemlərinə malik olan telefonları dinləmələri faktını təsdiq etmiş oldu.
Vikiliks saytı çərşənbə axşamı MKİ-nin məxfi sənədlərinə şamil olan 9000 məxfi sənədi "Year Zero" adı altında yayıb.
Bu məlumata görə, bu sənədlərin ifşa edilməsi ilə MKİ-nin kiber casusluqları faktı üzə çıxmış oub. Belə ki, MKİ casusluq məqsədi ilə iPhone ,Android və Vindovs sistemlərinə malik olan telefonları habelə, kamera və mikrafona malik olan Samsunq televizorlarını haker proqramları vasitəsi ilə nəzarət altına alaraq, istifadəçiləri qanunsuz şəkildə dinləmək proqramına malik olub.
Bu casusluq proqramı dünyanın hər bir nöqtəsində icra edilib.