Mart 14, 2017 13:40 Asia/Baku
  • Ağ Ev bir daha Amerika prezident seçkilərində saxtakarlığı vurğulayıb
    Ağ Ev bir daha Amerika prezident seçkilərində saxtakarlığı vurğulayıb

Ağ Ev sözçüsü bir daha Amerika prezidentinin bu ölkənin ötən seçkilərində saxtakarlığın olmasına dair mövqeyini vurğulayıb.

IRIB-nin məlumatına görə, Şon Spayser dünən Ağ Evdə müxbirlər qarşısında deyib: Amerika prezidenti Donald Tramp yenə də bu qənaətdədir ki, 2016-cı il prezident seçkilərində üç milyon nəfər qanunsuz surətdə səs veribdir.

Ağ Ev sözçüsü həmçinin deyib: Donald Tramp özünün twitter müraciətində açıq şəkildə deyibdir ki, "Tramp Bücü"ndə, ötən ilin prezident seçkilərində, həmçinin qüdrətin ötürülməsi dövründə telefon danışıqlarının dinlənilməsi baş verib və bu barədə bir çox bəhslər olubdur.

Spayser əlavə edib: Konqresin nümayəndələr palatasının informasiya komitəsi və senat bu məsələni araşdırmaqdadırlar və öz hesabatlarını təqdim edəcəklər.

Ötən bir neçə ay ərzində müxtəlif informasiya vasitələri 2016-cı il prezident seçkiləri rəqabətləri zamanı müxtəlif monitorinq məlumatları sistemlərindən istifadə olunması barədə çoxlu sayda məlumat yaymışdılar.

Teqlər