Mart 17, 2017 11:56 Asia/Baku
  • Olland və Merkelin Ərdoğanın sözlərinə reaksiyaları
    Olland və Merkelin Ərdoğanın sözlərinə reaksiyaları

Fransa prezidenti və Almaniya kansleri Türkiyə prezidentinin sözlərini qeyri-düzgün və qəbuledilməz adlandırıblar.

IRNA-nın məlumatına görə, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel dünən bir telefon söhbətində Almaniya və Hollandiyanı nasist hərəkətlərində ittiham edən Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın sözlərini qəbuledilməz adlandırıblar. 

Almaniya və Fransanın rəhbərləri bu telefon danışığından sonra birgə bəyanat yayaraq, bildiriblər: Almaniya və Hollandiyanın nasizm ilə müqayisə olunmaları, eləcə də Almaniyaya və Avropa İttifaqının digər üzvlərinə qarşı hücum xarakterli ifadələr qəbuledilməzdir.

Türkiyə-Avropa əlaqələri Hollandiyanın Türkiyə nazirlərinin təbliğat kampaniyalarının təşkilinin qarşısını almasının ardınca gərginləşibdir.

Türkiyə başçıları son günlər aprel ayında keçiriləcək əsas qanunun islahı üzrə referendum haqda təbliğat aparmaq üçün Avropada yaşayan türk mənşəlilər qarşısında çıxışlar etmək niyyətində olub, lakin bəzi avropalı dövlətlərin müxalifəti ilə üzləşiblər.

Hollandiya, İsveçrə, Almaniya, Avstriya və İsveç bildiriblər ki, bu Avropa ölkələrinin ərazilərində Türkiyə rəsmilərinə təbliğat kampaniyası aparmaq icazəsi verməyəcəklər. Bu məsələ Ankaranın mənfi reaksiyası ilə üzləşib.

Almaniya bu addımı təhlükəsizlik məsələlərindən nigarançılıq ilə əlaqələndirib.

Digər tərəfdən, Ərdoğan Almaniya və Hollandiya tərəfindən tətbiq olunmuş qadağanı pisləyərək, onu faşist hərəkət adlandırıb. Bu sözlər də Berlinin hiddətinə səbəb olubdur.

Türkiyədə əsas qanun islahı üzrə referendum prezidentin ixtiyarlarının artırılması və siyasi quruluşun parlament sistemindən prezidentlik sisteminə keçməsi məqsədilə təşkil olunacaq.

Teqlər