Mart 23, 2017 18:20 Asia/Baku
  • İngiltərənin baş naziri bu ölkənin təhlükəsizlik orqanlarının zəifliyini etiraf edib
    İngiltərənin baş naziri bu ölkənin təhlükəsizlik orqanlarının zəifliyini etiraf edib

İngiltərənin baş naziri Tereza Mey bu gün parlament üzvləri qarşısındakı çıxışında etiraf edib ki, terror amili dünən parlament binası ərazisində bu ölkənin təhlükəsizlik orqanları üçün tanınmışdı. Meyin sözlərinə görə, bu hücumun amili İngiltərədə dünyaya gəlib və polis və kəşfiyyat orqanları onu tanıyırlar. O, vurğulayıb ki, mövcud olan təhdid səviyyəsi çox yuxarıdır və bu hücumların davam etməsi imkanı var.

Dünən, nəticəsi 5 ölü və 40 yaralı olan İngiltərə parlamenti yaxınlığındakı Vest Minister körpüsündə terror hücumunun baş verməsi bir daha terrorçu şubhəlilərin izlənilməsi, həmçinin terror hərəkətlərinin aşkarlanaraq, zərərsizləşdirilməsi istiqamətində polis və kəşfiyyat orqanları daxil olmaqla İngiltərənin təhlükəsizlik orqanlarının zəifliyini göstərdi.

Təqribən bir ay bundan öncə İngiltərədə terrorizmlə mübarizə idarəsinin yeni rəisi Maks Hil xəbərdarlıq etmişdi ki, bu ölkədə təhlükəsizlik təhdidləri səviyyəsi 1996-cı ildən bəri ən yüksək miqdara çatıb və İŞİD İngiltərə vətəndaşlarına qarşı terror hücumları keçirməyi planlaşdırır.

Teqlər