Rusiya Ərəb Liqası ilə əməkdaşlığa hazır olduğunu bildirib
Mart 29, 2017 13:46 Asia/Baku
-
Rusiya Ərəb Liqası ilə əməkdaşlığa hazır olduğunu bildirib
Rusiya prezidenti rəsmi Moskvanın regional böhranların həlli üçün Ərəb Liqası ilə əməkdaşlıqların genişləndirilməsinə səy göstərdiyini bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ərəb Liqasının 28-ci sammit iclasına etdiyi müraciətində deyib: Rusiya regional böhranlara siyasi həll yolunun tapılması və müharibə gedən bölgələrdə bərpa əməliyyatlarının aparılması üçün Ərəb Liqası ilə əməkdaşlıqların genişləndirilməsini istəyir.
Ərəb Liqasının 28-ci sammit iclası bu gün İordaniyanın Bəhrül-Meyyit bölgəsində öz işinə başlayıb.
Teqlər