Rusiyanın ən güclü sualtı qayığı suya salınıb
https://azeri.sahartv.ir/news/dünya-i264206-rusiyanın_ən_güclü_sualtı_qayığı_suya_salınıb
Rusiya özünün ən güclü atom sualtı qayığını suya salıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2017 16:26 Asia/Baku
  • Rusiyanın ən güclü sualtı qayığı suya salınıb
    Rusiyanın ən güclü sualtı qayığı suya salınıb

Rusiya özünün ən güclü atom sualtı qayığını suya salıb.

TASS-ın məlumatına görə, "Kazan" atom sualtı qayığı atılmış ballistik raketləri hədəfə almaq imkanı ilə bu gün Rusiyanın şimal-qərbində yerləşən Severodvinsk limanında suya salınıb.

Rusiyanın dəniz qoşunlarının komandanı admiral Vladimir Korolyov bu hadisəni mühüm bir hadisə adlandırıb və deyib ki, atom sualtı qayıqlar donanması dünya okeanlarının hər bir nöqtəsində Rusiyanın təhlükəsizliyini təmin edir.

"Kazan" atom sualtı qayığı ballistik raketləri, o sıradan amerikan raketləri ovlamaq üçün nəzərdə tutulub.

Bu atom sualtı qayığı torpeda atmaqdan əlavə, 32 qanadlı kalibr raketini də daşımaq qabiliyyətinə malikdir.